APA-nın BBC News-а istinadən verdiyi məlumata görə, artıq 529 nəfər ölüm cəzasına məhkum olunub.
İrəli sürülən ittihamlarda qətl və terrorçuluq əsas yer alır. Prokurorluğun qənaətinə görə, cinayətlərin əksəriyyəti ötən ilin avqustunda baş verən toqquşmalar zamanı törədilib.
Qeyd edək ki, bu gün Misirdə “Müsəlman qardaşları” hərəkatının tərəfdarları və polis arasında toqquşmalar davam edib, 1 nəfər ölüb, 8 nəfər xəsarət alıb.
Xatırladaq ki, hakimiyyətinə qarşı etirazlardan sonra Mursi ötən ilin iyul ayında ordu tərəfindən devrilib.