Bank Of Baku

Misirdə məsciddə partlayış nəticəsində ölənlərin sayı 235-ə yüksəlib - YENİLƏNİB

Misirdə məsciddə partlayış nəticəsində ölənlərin sayı 235-ə yüksəlib - <span style="color: red;">YENİLƏNİB
# 24 noyabr 2017 16:02 (UTC +04:00)

Misirdə məsciddə partlayış nəticəsində ölənlərin sayı artır.

 

APA-nın Misir dövlət televiziyasına istinadən verdiyi məlumata görə, ölənlərin sayı 235-ə yüksəlib. Yüzlərlə yaralının olduğu bildirilir.

 

***

 

17.46

 

Misirdə məsciddə partlayış nəticəsində ölənlərin sayı 184 nəfərə çatıb. 
 

APA-nın “Aljazeera”ya istinadən verdiyi xəbərə görə, hadisə zamanı 120 nəfərin yaralandığı deyilir. 
 

Partlayışla bağlı Misir prezidenti Əbdül Fəttah Əl Sisi təcili toplantı keçirib.  Partlayışla əlaqədar Misirdə üçgünlük matəm elan olunub.

 

*** 15.56

 

Misirin Sinay yarımadasının şimalında məsciddə partlayış olub.

 

APA-nın “Daily Star”a istinadən verdiyi xəbərə görə, hadisə Bir al-Abd şəhərində baş verib.

 

Misir Səhiyyə Nazirliyindən bildirilib ki, cümə namazı zamanı törədilən partlayış nəticəsində 50 nəfər ölüb, 75 nəfər yaralanıb.

 

Partlayışla bağlı heç bir terror təşkilatı məsuliyyəti üzərinə götürməyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR