Bakı. Türbət Bağırova - APA. Misirin Beni Sueyf vilayətində sərnişin qatarının relsdən çıxması nəticəsində 2 vaqon aşıb.
APA-nın “lenta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə “Youm7” internet portalı məlumat yayıb. Qeyd edilir ki, Asuandan Qahirəyə gedən qatar yolüstü beton bloka çırpılıb. Nəticədə azı 61 insan xəsarət alıb, onlardan 37-si xəstəxanaya yerəşdirilib.
Hadisə yerində xilasedicilər, hüquq-mühafizə orqanlarının əməkdaşları, habelə təcili yardım briqadası çalışır.