Bank Of Baku

Misirdə törədilən terror aktı nəticəsində ölənlərin sayı 28-ə çatıb - YENİLƏNİB

Misirdə törədilən terror aktı nəticəsində ölənlərin sayı 28-ə çatıb  - <span style="color: red;">YENİLƏNİB
# 26 may 2017 18:08 (UTC +04:00)

Misirdə törədilən terror aktı nəticəsində ölənlərin sayı 28 nəfərə çatıb.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə El Minya əyalətinin qubernatoru İsam əl-Bədəvi məıumat verib.

 

O, hazırda xəstəxanalarda 14 meyitin olduğunu söyləyib.

 

Bu gün  Misirin EL-Minya əyalətində içərisində xristian koptlar olan avtobusa silahlı hücum edilib. Terror aktına görə məsuliyyəti hələki heç bir qruplaşma öz üzərinə götürməyib.

 

***

 

15:01

 

Misirdə içərisində xristian koptlar olan avtobusa silahlı hücum edilib, 23 nəfər öldürülüb.

 

APA-nın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, terror aktı zamanı 25 nəfərin yaralandığı açıqlanıb. Minya şəhər valisi Əssam əl-Bedaivi koptların Qahirədəki monastıra gedərkən hücumə məruz qaldıqlarını bildirib.

 

Hələlik hadisəni heç bir terror təşkilatı üzərinə götürməyib.

 

Qeyd edək ki, ötən ay ölkənin Tanta şəhərində koptların kilsəsində, polis şöbəsində və İsgəndəriyyə şəhərində bir kilsədə törədilən terror aktlarını İŞİD-in təşkil etdiyi açıqlanmışdı. Həmin hadisələrdə 40-da çox adam ölmüşdü.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR