Bank Of Baku

Misirdə xristian məbədlərinə hücumlar planlaşdıran silahlılar saxlanılıb

Misirdə xristian məbədlərinə hücumlar planlaşdıran silahlılar saxlanılıb
# 25 iyun 2017 05:58 (UTC +04:00)

Misirdə xristian məbədlərinə özünü partladaraq terror aktları törətməyi planlaşdıran 6 silahlı saxlanılıb.  

 

APA-nın xəbərinə görə, bu barədə Misir DİN-nin məlumatında bildirilir.  

 

Məlumata görə, terrorçular hücumları müqəddəs Ramazan bayramı  günü və iyunun 30-da – sabiq prezident Məhəmməd Mursinin hakimiyyətdən devrildiyi gün həyata keçirməyi planlaşdırıblar.

 

Qeyd edək ki, Misirdə yaşayan xristian koptlar mütəmadi terrorçuların hücumuna məruz qalırlar.

 

Xatırladaq ki, mayın 26-da radikallar Misirin cənubunda xristian zəvvarların olduğu avtobusu gülləbaran ediblər. Nəticədə 29 nəfər ölüb, 20 yaralanıb.  

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR