Bakı-APA. Misirdə baş verən ağır yol qəzası nəticəsində 9 nəfər ölüb, 2 nəfər xəsarət alıb.
APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, Qahirədən Əl-Minyə şəhəri istiqamətində hərəkət edən avtomobil aşaraq yanıb.
Hadisənin başvermə səbəbləri hələ ki, məlum deyil. Qəza nəticəsində yanıq xəsarətləri alanlar xəstəxanaya çatdırılıblar.
Qeyd edək ki, Misirdə hər il 8 mindən çox insan yol-nəqliyyat hadisələrinin qurbanı olur.