Somalinin paytaxtı Moqadişoda törədilən terror aktı nəticəsində ölənlərin sayı 27 nəfərə çatıb.
APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Somalinin Məhəmməd Abukar İslou bildirib.
Bundan əvvəl terror aktı nəticəsində 25 nəfərin öldüyü, 30 nəfərin yaralandığı bildirilib.
Qeyd edək ki, “Əl Qaidə” qruplaşması ilə əlaqəli olan “Əş-Şəbab” Somalidə terrorçu fəaliyyətlə məşğuldur. Qruplaşma ölkənin hakimiyyət orqanlarına qarşı silahlı mübarizə aparır.
***
10:38
Somalinin paytaxtı Moqadişoda otelə hücum nəticəsində ölənlərin sayı 25 nəfərə çatıb.
APA-nın məlumatına görə, bu barədə “Sinxua” agentliyi Somali polisinə istinadən məlumat yayıb.
Bundan öncə terror aktı nəticəsində 23 nəfərin öldüyü, 30 nəfərin yaralandığı bildirilib.
***
saat 02.59
Somalinin paytaxtı Moqadişoda iki terror aktı nəticəsində 23 nəfər ölüb, 30 nəfər yaralanıb.
APA-nın “Associated Press”ə istinadən verdiyi xəbərə görə, ölənlər arasında azı 3 azyaşlı uşaq və məmurlar var.
“Aş Şəbab” hücuma görə məsuliyyəti öz üzərinə götürüb.