Bank Of Baku

Niderlandın baş naziri mayın 9-da Moskvaya səfər etməyəcək

Niderlandın baş naziri mayın 9-da Moskvaya səfər etməyəcək
# 25 mart 2015 17:33 (UTC +04:00)

Bakı-APA. Niderlandın baş naziri Mark Rütte mayın 9-da Moskvada keçiriləcək Böyük Vətən Müharibəsinin 70 illiyinə həsr edilmiş bayram tədbirlərinə qatılmayacaq.

 

APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə “NRC Handelsblad” qəzeti yazıb.

 

Tədbirdə həmçinin Niderlandın xarici işlər naziri Bert Kunders də iştirak etməyəcək.

 

Bundan əvvəl Finlandiyanın prezidenti qələbənin 70 illiyi ilə bağlı Moskvada keçiriləcək parada qatılmaqdan imtina etmişdi.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR