Nigeriya ordusu ölkənin şimal-şərqində 85 nəfəri "Boko Haram" silahlılarının girovluğundan azad edib.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, əməliyyat dekabrın 7-dən 14-dək Sambisa meşəsində keçirilib.
Əməliyyata rəhbərlik edən Nigeriya ordusunun yüksək rütbəli zabiti Laki İrabor bildirib ki, girovluqdan azad edilənlərin əksəriyyəti qadın və uşaqlardır.
“Hazırda girovluqdan azad edilənlər əlavə araşdırma və izahatların alınması məqsədilə polisin nəzarəti altındadırlar”, deyə L.İrabor qeyd edib.
Xatırladaq ki, “Boko Haram” Nigeriya hökumətinin devrilməsinə və ölkənin şimalında islam dövlətinin yaradılmasına çalışır.