Bank Of Baku

Nigeriya ordusu “Boko Haram”ın ələ keçirdiyi yaşayış məntəqələrin hamısını azad edib

Nigeriya ordusu “Boko Haram”ın ələ keçirdiyi yaşayış məntəqələrin hamısını azad edib
# 27 dekabr 2015 03:53 (UTC +04:00)

Bakı-APA. Nigeriya ordusu “Boko Haram” terror qruplaşmasının ələ keçirdiyi bütün yaşayış məntəqələrini azad edib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Nigeriyanın Fövqəladə Hallar Agentliyinin rəhbəri Sani Sidi bildirib.  Onun sözlərinə görə, milli ordunun uğurlu əməliyyatları nəticəsində hazırda qruplaşmanın nəzarəti altında bir dənə olsun yaşayış məntəqəsi yoxdur.     

 

Sani Sidi ölkəsinin fövqəladə halların qarşısının alınması və məcburi köçkün düşərgələrində  zərər çəkmiş şəxslərin  reabilitasiyası sahələrində böyük nailiyyətlərə nail olduğunu bildirib.   

 

Nigeriyanın Fövqəladə Hallar Agentliyinin rəhbəri ölkəsinin uzun müddət əziyyət çəkdiyi böhran vəziyyətindən yaxın zamanda çıxacağına əmin olduğunu bildirib.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR