Bakı-APA. Nigeriyanın şimal-şərqində terrorçuların Koronqinim kəndinə hücumu nəticəsində azı 10 dinc sakin ölüb. APA-nın “BBC”yə istinadən verdiyi xəbərə görə, Koronqinim kəndi bu ilin aprel ayında 200 məktəbli qızın girov götürüldüyü Çiboka şəhərindən 14 km aralıda yerləşir.
Məlumata görə, terrorçular hücum zamanı kənddə olan bütün evləri yandırıblar.
Ötən həftə terrorçular qeyd olunan bölgədə 20 qadını girov götürüblər.