Bank Of Baku

Nigeriyada ekstremistlər 11 nəfəri qətlə yetirib

Nigeriyada ekstremistlər 11 nəfəri qətlə yetirib
# 05 mart 2014 04:58 (UTC +04:00)

Bakı-APA. Nigeriyada “Boko Haram” radikal dini qruplaşmasının üzvlərinin törətdiyi hücum nəticəsində 11 nəfər ölüb. APA-nın “BBC”-yə istinadən verdiyi xəbərə görə, bu barədə yerli rəsmi qurumlar açıqlama verib.

 

Lakin yerli sakinlərin sözlərinə görə, hücum nəticəsində 40-dan çox insan qətlə yetirilib.  

 

Qeyd edək ki, ekstremistlərin daha çox hücumlarına məruz qalan Borno ştatının əhalisi kütləvi şəkildə evlərini tərk edərək qonşu ştatlara üz tutur. Məlumata görə,  ştat əhalisinin 4/3 hissəsi artıq məcburi köçkün olub.

   

Xatırladaq ki, martın 2-də terrorçuların Marfa şəhərinə hücumu nəticəsində 30-dək insan həlak olub, bundan bir gün əvvəl isə Mayduquri şəhərində törədilmiş partlayışlar 90-dək insanın həyatına son qoyub. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR