Bank Of Baku

Nigeriyada hərbi əməliyyat zamanı “Boko Haram” qruplaşmasının 40 üzvü öldürülüb

Nigeriyada hərbi əməliyyat zamanı “Boko Haram” qruplaşmasının 40 üzvü öldürülüb
# 26 aprel 2014 19:44 (UTC +04:00)

Bakı-APA. Nigeriyanın şimal-şərqində hökumət qüvvələri və “Boko Haram” radikal dini qruplaşmasının dəstələri arasında döyüşlər davam edir.

 

APA-nın “İTAR-TASS”a istinadən verdiyi xəbərə görə, irimiqyaslı əməliyyatlar hazırda Borno ştatının Bulanbuli şəhərində aparılır.  Döyüşlər zamanı 40-dan çox terrorçu öldürülüb, 4 hərbçi həlak olub, 9-u isə yaralanıb.

 

Qeyd edək ki, hərbi əməliyyat bir neçə gün əvvəl 100-dən çox məktəbli qızın girov götürüldüyü yaşayış məntəqəsinin yaxınlığında aparılır.

 

Hərbçilərin ehtimalına görə, terrorçular məktəbliləri Borno ştatındakı meşə massivlərinin birində saxlayırlar. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR