Bank Of Baku

Nigeriyada nəzarət-buraxılış məntəqəsində partlayış törədilib, 11 nəfər ölüb

Nigeriyada nəzarət-buraxılış məntəqəsində partlayış törədilib, 11 nəfər ölüb
# 17 fevral 2015 17:24 (UTC +04:00)

Bakı-APA. Nigeriyada Viu şəhəri yaxınlığında yerləşən nəzarət-buraxılış məntəqəsində törədilmiş partlayış nəticəsində 11 nəfər ölüb. APA-nın “Frans Pres”ə istinadən verdiyi xəbərə görə, hücum motosikletlə hərəkətdə olan  3 silahlı tərəfindən törədilib. Ölənlər arasında bir uşağın olduğu bildirilir.  

 

Polisin məlumatına görə, daha bir neçə partlayış Nigeriyanın cənubundakı Okrika şəhərində müxalifətin təşkil etdiyi mitinq zamanı törədilib. Partlayışlar zamanı ölənlərin sayı barədə hələlik məlumat yoxdur. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR