Bank Of Baku

Nigeriyada silahlılar şəhərə hücum edib

Nigeriyada silahlılar şəhərə hücum edib
# 25 dekabr 2017 20:00 (UTC +04:00)

Nigeriyada silahlılar Mayduquri şəhərinə hücum ediblər.

 

APA-nın məlumatına görə, bu barədə Reuters agentliyi xəbər verib.

 

Digər təfərrüatlar barədə hələ ki, məlumat verilmir. Bundan əvvəl silahlılar ölkənin şimalında Maqumeri şəhərini ələ keçiriblər. Hücumların “Boko Haram” terror qruplaşması tәrәfindәn törәdildiyi ehtimal edilir.

 

Qeyd edək ki, “Boko Haram” Nigeriya hökumətinin devrilməsinə və ölkənin şimalında islam dövlətinin yaradılmasına çalışır. Terrorçular mütəmadi olaraq Niger, Kamerun və Çad ərazilərinə hücum edir. Ötən il "Boko Haram" qruplaşması İŞİD-ə sədaqət andı içib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR