Bank Of Baku

Nigeriyada silahlıların hücumu nəticəsində 21 nəfər ölüb

Nigeriyada silahlıların hücumu nəticəsində 21 nəfər ölüb
# 02 yanvar 2018 03:33 (UTC +04:00)

Nigeriyanın Rivers ştatında silahlıların hücumu nəticəsində azı 21 nəfər ölüb.

 

APA-nın “RT”yə istinadən verdiyi məlumata görə, naməlum silahlılar kilsədən qayıdan dinc sakinlərə atəş açıb.

 

Hələ ki, hadisəyə görə heç bir terror təşkilatı məsuliyyəti öz üzərinə götürməyib.

 

Qeyd edək ki, “Boko Haram” Nigeriya hökumətinin devrilməsinə və ölkənin şimalında islam dövlətinin yaradılmasına çalışır. Terrorçular mütəmadi olaraq Niger, Kamerun və Çad ərazilərinə hücum edir. Ötən il "Boko Haram" qruplaşması İŞİD-ə sədaqət andı içib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR