Bank Of Baku

Nigeriyada silsilə partlayışlar nəticəsində 16 nəfər ölüb, 13 nəfər yaralanıb

Nigeriyada silsilə partlayışlar nəticəsində 16 nəfər ölüb, 13 nəfər yaralanıb
# 26 iyun 2017 21:27 (UTC +04:00)

Nigeriyanın Borno ştatında törədilmiş silsilə partlayışlar nəticəsində 16  nəfər ölüb, 13 nəfər yaralanıb.

 

APA-nın “Sinxua” agentliyinə istinadən verdiyi xəbərə görə,  partlayışlar terrorçu-kamikadzelər tərəfindən törədilib.

 

Məlumata əsasən, hədəflər arasında Borno ştatının inzibati mərkəzi Mayduquri şəhərinin universiteti olub.  

 

Xəsarət alanlar xəstəxanalara yerləşdirilib. Partlayışların  “Boko Haram” terror qruplaşması tərəfindən hazırlandığı ehtimal edilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR