Bakı. Türbət Bağırova - APA. Nigeriyanın şimal-şərqindəki Borno əyalətində baş vermiş terror hücumu nəticəsində 30 nəfər ölüb, 91 nəfər yaralanıb.
APA-nın “Milliyet”ə istinadən verdiyi xəbərə görə, Maiduquri şəhərində məscid yaxınlığında baş vermiş hücumun “Boko Haram” qruplaşması tərəfindən təşkil edildiyi ehtimal olunur.
Xatırladaq ki, ötən həftə Nigeriyanın dövlət başçısı Məhəmməd Buhari ordunun “Boko Haram”ı məhv etməyə yaxın olduğunu açıqlayaraq, terrorçuların artıq təhlükəsizlik qüvvələrinə və əhalinin sıx olduğu məkanlara hücum etməyəcəyini bəyan edib.