Bakı – APA. Nigeriyada törədilmiş terror aktları nəticəsində 44 nəfər ölüb, 67 nəfər yaralanıb.
APA-nın “Associated Press”ə istinadən verdiyi məlumata görə, partlayışlardan biri Cos şəhərinin məscidində, digəri isə elit müsəlman restoranında baş verib.
Terror aktlarına görə hələlik heç kim məsuliyyəti öz üzərinə götürməyib. Lakin polis “İslam dövləti”nin Qərbi Afrika əyaləti” (“Boko Haram” qruplaşması-red.) hərəkatından şübhələnir.