Bakı-APA. Nigeriyada terrorçu kamikadze qadın bazarların birində üzərində quraşdırılmış partladıcı qurğunu işə salıb. APA-nın Frans Pres-ə istinadən verdiyi xəbərə görə, nəticədə 7 nəfər ölüb.
Ölənlərin sayının artacağı istisna olunmur. Hadisə nəticəsində daha 20 nəfər yaralanıb.
Hadisəyə görə məsuliyyəti hələlik heç bir qruplaşma üzərinə götürməyib. Partlayışın “Boko Haram” terror qruplaşması tərəfindən törədildiyini ehtimal olunur.