Bank Of Baku

Nigeriyanın paytaxtında partlayış nəticəsində azı 19 nəfər ölüb, 60 nəfər isə yaralanıb

Nigeriyanın paytaxtında partlayış nəticəsində azı 19 nəfər ölüb,  60 nəfər isə yaralanıb
# 02 may 2014 04:49 (UTC +04:00)

Bakı-APA. Nigeriyanın paytaxtı Abuca yaxınlığında ötən gün törədilmiş partlayış nəticəsində ölənlərin sayı 19-a çatıb, daha 60 nəfər yaralanıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə,  terror aktı Nyanya rayonunda polis postu yaxınlığında. Terrorçular avtomobildə quraşdırılmış partlayıcı qurğunu işə salıblar.   

 

Qeyd edək ki, 7-9 may tarixlərində Abucada Afrika üzrə Ümumdünya İqtisadi Forum keçiriləcək. Hakimiyyət qurumları güc strukturlarının üçün 6 minədək əməkdaşını  təhlükəsizliyin təmin olunmasına cəlb etmək niyyətindədir.  

 

Xatırladaq ki, aprelin 14-də  Nigeriyanın paytaxtının qeyd olunan rayonunda terrorçular avtobus stansiyasında 2 partlayış törədiblər. Nəticədə 75 nəfər həlak olub.

 

Partlayışlara görə məsuliyyəti öz üzərinə “Boko Haram” radikal dini qruplaşma götürüb. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR