Bank Of Baku

Qabonda “National Geographic”in əməkdaşlarına hücum edilib

Qabonda “National Geographic”in əməkdaşlarına hücum edilib
# 17 dekabr 2017 01:54 (UTC +04:00)

Qabonun paytaxtı Librevil şəhərində bıçaqla silahlanmış şəxs “National Geographic” jurnalının əməkdaşlarına hücum edib, nəticədə iki müxbir bıçaq xəsarətləri alıb.   

 

APA-nın “Frans Press”ə istinadən verdiyi xəbərə görə, insident populyar turizm məkanında baş verib. Hücum edən 53 yaşlı Niger vətəndaşı saxlanılıb.  

 

Qabonda 19 ildir məskunlaşan saxlanılan şəxs hücumu “ABŞ-ın Yerusəlimi İsrailin paytaxtı elan etdiyinə görə” törətdiyini etiraf edib.    

 

Məlumata görə, xəsarət alan müxbirlərdən birinin vəziyyəti ağırdır. Onların Danimarka vətəndaşı olduğu bildirilir.  

 

Araşdırma davam etdirilir. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR