Qərbi Afrikada Ebola virusundan ölənlərin sayı 2105-ə çatıb

Qərbi Afrikada Ebola virusundan ölənlərin sayı 2105-ə çatıb
# 05 sentyabr 2014 19:13 (UTC +04:00)

APA-nın İTAR-TASS agentliyinə istinadən məlumatına görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.

Ən çox ölüm halları Liberiyada qeydə alınıb - 1089 nəfər. Qonşu Sierra-Leonedə-də vəziyyət gərgin olaraq qalır. Burada hər həftə 150 nəfər ölümcül virusa yoluxur.

ÜST-ün “yol xəritəsinə” uyğun olaraq, virusun yayılmasının qarşısını almaq üçün 6-9 ay lazım olacaq. Bu müddət ərzində daha 20 min insan xəstələnə bilər. BMT-nin hesablamalarına görə, dünya miqyasında virusa son qoymaq üçün 600 milyon dollar tələb olunur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR