Bakı-APA. Ümumdünya Səhiyyə Təşkilatı Qvineyada Ebola virusuna yoluxanların sayının ikiqat artdığını qeydə alıb.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu ölkədə son həftə ərzində ölümcül xəstəliyə 65 nəfər yoluxub.
Fevralın 11-nə olan məlumata görə, Ebola virusundan ölənlərin sayı 9177-yə, yoluxanların isə sayı 22 894 nəfərə çatıb. Bu xəstəlikdən ən çox əziyyət çəkən ölkələr, əvvəlki kimi, Qvineya, Syerra Leone və Liberiyadır.