Qvineya Respublikasında “Eagle Air” aviaşirkətinə məxsus təyyarə qəzaya uğrayıb.
APA-nın RT-yə istinadən verdiyi xəbərə görə, paytaxt Konakridən “Lero” qızıl yatağına uçan təyyarə Kindiya prefekturasında qəzaya düşüb.
Qəza nəticəsində Almaniya və Polşa vətəndaşları daxil olmaqla, təyyarənin 4 ekipaj üzvü ölüb. İlkin məlumata əsasən, təyyarədə sərnişin olmayıb.
Qəzanın səbəbləri araşdırılır.