Bank Of Baku

Seneqalda hərbi helikopter qəzaya uğrayıb, ölən və xəsarət alanlar var - YENİLƏNİB

Seneqalda hərbi helikopter qəzaya uğrayıb, ölən və xəsarət alanlar var - <span style="color: red;">YENİLƏNİB
# 15 mart 2018 03:11 (UTC +04:00)

Seneqalın cənubunda hərbi helikopterin qəzaya uğraması nəticəsində 6 nəfər ölüb, 14-ü xəsarət alıb.

 

APA-nın AFP-yə istinadən verdiyi xəbərə görə, bu barədə yerli hökumətinin yaydığı açıqlamada bildirilir.

 

“Xilasedici xidmətlərdən aldığımız son məlumata görə, hadisə nəticəsində 6 nəfər ölüb, 14 nəfər xəsarət alıb. Yaralılardan 3-ün vəziyyəti ağırdır”, məlumatda deyilir.

 

Helikopterin qəzaya uğramasının səbəblərini xüsusi komissiya araşdıracaq.

 

 

***

 

04:15

 

Seneqalın cənubunda göyərtəsində 20 nəfərin olduğu hərbi helikopter qəzaya uğrayıb.

 

APA-nın AFP agentliyinə istinadən verdiyi xəbərə görə, qəza nəticəsində 7 nəfər xəsarət alıb, 13 nəfər itkin düşmüş hesab edilir.

 

Məlumata görə, yaralıları yerli sakinlər aşkarlayıb. Helikopterdə olan digər hərbçilərin axtarışı davam etdirilir.

 

Qəzanın səbəbləri barədə məlumat verilmir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR