Bank Of Baku

Sinay yarımadasında silahlıların hücumu nəticəsində 5 hərbçi ölüb

Sinay yarımadasında silahlıların hücumu nəticəsində 5 hərbçi ölüb
# 16 oktyabr 2016 20:32 (UTC +04:00)

Bakı-APA. Misirin Sinay yarımadasında silahlıların hücumu nəticəsində 5 hərbçi ölüb.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, insident Şeyx Züveyd şəhəri ətrafında qeydə alınıb.

 

Hadisənin təfərrüatları barədə hələ ki, məlumat verilmir.

 

Qeyd edək ki, oktyabrın 14-də terrorçular Əl Əriş şəhəri yaxınlığında yerləşən hərbi blok-posta hücum ediblər,  nəticədə 12 hərbçi ölüb, 6-sı yaralanıb, döyüş zamanı 15 terrorçu məhv edilib.

 

İnsidentə görə məsuliyyəti İŞİD terror qruplaşması öz üzərinə götürüb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR