Bakı-APA. Somali hökuməti Tehran-Ər-Riyad münasibətlərinin gərginləşməsi fonunda İranla diplomatik münasibətləri dayandırıb. APA-nın “Associated Press”ə istinadən verdiyi xəbərə görə, Somali XİN İrandakı səfirini geri çağıraraq, ölkədəki iranlı diplomatlara Somalini tərk etmələri üçün 72 saat vaxt verib.
Qeyd edək ki, yanvarın 3-də Səudiyyə Ərəbistanı İranla diplomatik əlaqələri kəsdiyini bəyan edib. Tehranla Ər-Riyad arasındakı münasibətlərin gərginləşməsinə səbəb şiə din xadimi, vaiz Nimr ən-Nimrin Səudiyyə Ərəbistanında edam edilməsi olub.