Somalidə “Əş-Şəbab” terror qruplaşmasının lideri Abdi Badip məhv edilib.
APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Somali hökumətinin yaydığı açıqlamada bildirilir.
Məlumata əsasən, Abdi Badip ölkənin cənubunda həyata keçirilən əməliyyat nəticəsində öldürülüb. Onun birgə terror qruplaşmasının daha 3 üzvü zərərsizləşdirilib. Əməliyyat zamanı bir ABŞ hərbçisinin həlak olduğu bildirilir.
Qeyd edək ki, Somalidə “Əl Qaidə” ilə əlaqəli olan “Əş-Şəbab” terrorçu qruplaşması fəaliyyət göstərir. Qruplaşma ölkənin hakimiyyət orqanlarına qarşı silahlı mübarizə aparır.