Bank Of Baku

Somalidə “Əş Şəbab”ın 50-dən çox üzvü öldürülüb

Somalidə “Əş Şəbab”ın 50-dən çox üzvü öldürülüb
# 07 yanvar 2015 02:42 (UTC +04:00)

Bakı-APA. Somalinin muxtar Putlend bölgəsinin təhlükəsizlik qüvvələri son bir həftə ərzində “Əş Şəbab” terror qruplaşmasının 54 üzvünü öldürüb, daha 46 nəfəri yaralayıb. APA-nın “TASS”-a istinadən verdiyi xəbərə görə, bu barədə Putlendin rəhbəri Abdivali Məhəmməd Əli bildirib.

 

Onun sözlərinə görə, əməliyyat zamanı qruplaşmanın səhra komandirləri Muxtar Abdinur Əhməd və Əhməd Abdi Məhəmməd əsir götürülüb.

 

Qeyd edək ki, son bir neçə ay ərzində  “Əş Şəbab” terror qruplaşmasının bir neçə lideri ələ keçirilib. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR