Bank Of Baku

Somalidə ardıcıl iki terror aktı törədilib, ölənlər var

Somalidə ardıcıl iki terror aktı törədilib, ölənlər var
# 03 mart 2018 01:15 (UTC +04:00)

Somalinin paytaxtı Moqadişo yaxınlığında terrorçu-kamikadze hərbi hissəyə hücum edib.

 

APA-nın məlumatına görə, bu barədə “Voice of Nigeria” xəbər verib. Məlumata əsasən, hərbi hissəyə daxil olan terrorçu-kamikadze idarə etdiyi avtomobildə partlayıcı qurğunu işə salıb. Nəticədə 1 hərbçi ölüb, daha 3-ü yaralanıb.

 

İnsident cümə namazı zamanı baş verdiyindən, hərbi hissədə az adam olub.  Bir müddət sonra yaralı əsgərləri xəstəxanaya aparan yük maşını partladılıb, bu zaman 3 hərbçi həyatını itirib. Hücuma görə məsuliyyəti “Əş-Şəbab” qruplaşması öz üzərinə götürüb.

 

Fevralın 23-də Somalinin paytaxtında baş verən iki terror hücumu nəticəsində 45 nəfər həlak olub.

 

Qeyd edək ki, “Əl Qaidə” qruplaşması ilə əlaqəli olan “Əş-Şəbab” Somalidə terrorçu fəaliyyətlə məşğuldur. Qruplaşma ölkənin hakimiyyət orqanlarına qarşı silahlı mübarizə aparır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR