APA-nın “BBC”-yə verdiyi xəbərə görə, şahidlərin sözlərinə görə, sarayın yaxınlığında hazırda intensiv atəş və partlayışlar eşidilir.
Somali prezidenti Həsən Şeyx Məhəmmədin sarayda olmadığı bildirilir.
“İnterfaks”ın Sky News telekanalına istinadən yaydığı xəbərə görə, prezident sarayındakı mənbənin verdiyi məlumata əsasən, silahlılar sarayın müəyyən hissəsinə daxil ola biliblər, hadisə yerində atışma gedir. Mənbənin sözlərinə görə, hazırda hücum edənlərin, demək olar ki, hamısı artıq zərərsizləşdirilib.
Məlumata görə, hücumdan əvvəl prezident sarayının qarşısında avtomobil partladılıb. Partlayışdan dərhal sonra saraya daxil olan terrorçular və saray kompleksinin mühafizə qüvvələri arasında şiddətli atışma başlayıb.
Qeyd edək ki, “Əş Şəbab” terror təşkilatı Moqadişo şəhəri üzərində nəzarəti 2011-ci ildə itirib. Buna baxmayaraq terrorçular paytaxtda vaxtaşırı hücumlar törədir.