Bank Of Baku

Somalidə silahlı dəstə otelə hücum edib

Somalidə silahlı dəstə otelə hücum edib
# 25 iyun 2016 16:50 (UTC +04:00)

Bakı-APA. Somalinin paytaxtı Moqadişoda silahlı şəxslər otelin qarşısında avtomobil partladıb, daha sonra isə binaya hücum ediblər.

 

APA-nın “Assoşieyted Press”ə istinadən verdiyi xəbərə görə, polisin məlumatına əsasən, “Əş-Şəbab” terror qruplaşmasının üzvləri olduğu ehtimal edilən silahlılar  Moqadişoda “Nasa-Hablod” otelinə hücum ediblər.

 

Son məlumata görə, hazırda silahlılar və otelin mühafizəçiləri arasında şiddətli atışma davam edir.

 

Sosial şəbəkələrdə hücum edən şəxslərin  “Əş-Şəbab” terrorçuları olduğu iddia edilir.

 

Ölənlər barədə hələlik məlumat verilmir.

 

Hücuma görə məsuliyyəti hələlik heç bir qruplaşma öz üzərinə götürməyib. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR