Bank Of Baku

Somalidə silahlıların mehmanxanaya hücumu zamanı 14 nəfər ölüb

Somalidə silahlıların mehmanxanaya hücumu zamanı 14 nəfər ölüb
# 25 yanvar 2017 11:24 (UTC +04:00)

Somalinin paytaxtı Moqadişoda silahlıların mehmanxanaya hücumu zamanı 14 nəfər ölüb.

 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, silahlılar minalanmış avtomobillə ölkə parlamenti yaxınlığında yerləşən mehmanxanaya hücum edib.

 

Ardıcıl iki partlayış baş verib. Mehmanxanaya daxil olan silahlılar atəş açıblar. Nəticədə 4 jurnalist xəsarət alıb.

 

Qeyd edək ki, hücuma məruz qalan mehmanxanada mütəmadi olaraq rəsmi tədbirlər, biznes forumlar keçirilir. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR