Bank Of Baku

Somalidə partlayışlar nəticəsində ölənlərin sayı 21 nəfərə çatıb - YENİLƏNİB-1

Somalidə partlayışlar nəticəsində ölənlərin sayı 21 nəfərə çatıb  - <span style="color: red;">YENİLƏNİB-1
# 23 fevral 2018 22:02 (UTC +04:00)

Somalinin paytaxtı Moqadişoda iki partlayış nəticəsində ölənlərin sayı 21 nəfərə çatıb.

 

APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, ölənlərin sayının artacağı istisna edilmir.

 

Polis partlayışlardan sonra baş verən atışma zamanı 5 silahlının məhv edildiyini bildirib.

 

Terror aktına məsuliyyəti “Əş-Şəbab” terror qruplaşması öz üzərinə götürüb.

 

Qeyd edək ki, “Əl Qaidə” qruplaşması ilə əlaqəli olan “Əş-Şəbab” Somalidə terrorçu fəaliyyətlə məşğuldur. Qruplaşma ölkənin hakimiyyət orqanlarına qarşı silahlı mübarizə aparır.

 

***

 

21:54

 

Somalinin paytaxtı Moqadişoda törədilən iki partlayış nəticəsində 18 nəfər ölüb.

 

APA-nın məlumatına görə, bu barədə Reuters agentliyinə tibbi mənbələrdən bildirilib.

 

Məlumata əsasən, indiyədək 18 nəfər öldüyü, 20 nəfərin yaralandığı təsdiqlənib.

 

***

 

20:47

 

Somalinin paytaxtı Moqadişo şəhərində iki güclü partlayış olub.

 

APA-nın məlumatına görə, bu barədə Reuters agentliyi xəbər verib.

 

İlkin məlumata görə, prezident sarayı yaxınlığında terrorçu-kamikadze minalanmış avtomobili partladıb. Bundan sonra daha bir partlayış baş verib, atışma səsləri eşidilib.

 

Ölən və yaralananlar barədə hələ ki, məlumat verilmir. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR