Bank Of Baku

Somalidə silahlıların hotelə hücumu nəticəsində ölənlərin sayı 14-ə çatıb - YENİLƏNİB

Somalidə silahlıların hotelə hücumu nəticəsində ölənlərin sayı 14-ə çatıb - <span style="color: red;">YENİLƏNİB
# 15 iyun 2017 01:09 (UTC +04:00)

Somalinin paytaxtı Moqadişoda silahlıların hotelə hücumu nəticəsində ölənlərin sayı 14-ə çatıb.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, ötən axşam Moqadişoda hotelin qarşısında minalanmış avtomobil partladılıb, nəticədə 9 nəfər ölüb.

 

Bundan sonra "Posh Hotel" mehmanxanasına hücum edən silahlılar 30-dək insanı girov götürüb. Hazırda 2 silahlı məhv edilib, 10 girov azad edilib. Qalan girovların azad edilməsi üzrə əməliyyat davam etdirilir. 

 

***

 

01:40

 

Somalinin paytaxtı Moqadişo şəhərində silahlılar "Posh Hotel" mehmanxanasında 30 nəfəri girov götürüb.

 

APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə polis nümayəndəsi bildirib.

 

Onun sözlərinə görə, 2 silahlı məhv edilib, 10 girov azad edilib. Hazırda qalan girovların azad edilməsi üzrə əməliyyatlar keçirilir.

 

Bundan əvvəl Moqadişoda "Posh Hotel"-in  qarşısında minalanmış avtomobil partladılıb. Nəticədə  azı 9 nəfər ölüb. Terror aktına görə məsuliyyəti “Əş-Şəbab” qruplaşması öz üzərinə götürüb.  

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR