Bank Of Baku

Somalinin paytaxtında törədilən partlayış nəticəsində 9 nəfər ölüb

Somalinin paytaxtında törədilən partlayış nəticəsində 9 nəfər ölüb
# 14 iyun 2017 21:41 (UTC +04:00)

Somalinin paytaxtı Moqadişoda minalanmış avtomobil partladılıb.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində qadın və uşaqlar daxil olmaqla azı 9 nəfər ölüb.

 

Partlayış şəhərin mərkəzində yerləşən “Posh Treats” restoranının qarşında törədilib.

 

Terror aktına görə məsuliyyəti “Əş-Şəbab” qruplaşması öz üzərinə götürüb.  

 

Qeyd edək ki,  Somalidə “Əl Qaidə” ilə əlaqəli olan “Əş-Şəbab” terrorçu qruplaşması fəaliyyət göstərir. Qruplaşma ölkənin hakimiyyət orqanlarına qarşı silahlı mübarizə aparır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR