Sudanda silah-sursat anbarında partlayış baş verib.
APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, insident Nyala şəhərində qeydə alınıb.
Hadisə nəticəsində azı 5 nəfər ölüb, 67 nəfər müxtəlif dərəcəli xəsarət alıb.
İlkin məlumata əsasən, partlayışa qısa qapanma səbəb olub. Hazırda hadisə yerində yanğınsöndürənlər işləyir.