Bank Of Baku

Syerra Leonedə naməlum şəxslər “Ebola” virusundan ölmüş sakinləri dəfn edən həkimlərə hücum edib

Syerra Leonedə naməlum şəxslər “Ebola” virusundan ölmüş sakinləri dəfn edən həkimlərə hücum edib
# 21 sentyabr 2014 00:23 (UTC +04:00)

Bakı-APA.  Syerra Leonedə bir qrup naməlum şəxs “Ebola” virusundan ölmüş 5 sakini dəfn edən səhiyyə işçilərinə hücum edib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, polisin məlumatına görə, insident ölkənin şimal-qərbindəki Uoterlu şəhərində baş verib. Naməlum şəxslər həkimlərə hücum edərək cəsədlərin dəfninə mane olmağa çalışıblar. Hadisə yerinə gələn asayiş keşikçiləri dəfn mərasiminin sona çatdırılmasını təmin ediblər.  

 

Qeyd edək ki, “Ebola” xəstələyinin yayılması səbəbindən sentyabrın 19-da Syerra Leonedə 3 günlük karantin qüvvəyə minib. Həkimlər və polis istisna olmaqla, ölkə sakinlərinə evlərini tərk etməmək tövsiyə olunub.   

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR