Bakı-APA. Ötən axşam Tripolinin şərq bölgəsində Liviyanın daxili işlər nazirinin müavini Bəhlul əs-Seyid naməlum şəxslər tərəfindən oğurlanıb.
APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, hadisədən bir neçə saat əvvəl nazir müavini Liviyanın müvəqqəti hökumətində tutduğu vəzifədən istefa verib.
Hələ ki heç bir qruplaşma insidentə görə məsuliyyəti öz üzərinə götürməyib.