Bakı - APA. Uqanda hakimiyyəti dövlət çevrilişinə cəhddə əli olan 30 nəfərin tutulduğunu bəyan edib.
APA-nın RİA "Novosti” agentliyinə istinadən verdiyi xəbərə görə, “Daily Monitor” nəşri yazır ki, Uqanda ordusunun polkovniki Paddi Ankunda saxlanılanların 30 ildən çoxdur, hakimiyyətdə olan prezidenti Yoveri Museveniyə qarşı silahlı üsyan planlaşdırdıqlarını bildirib.
Onun sözlərinə görə, saxlanılanlar arasında hərbçilər, habelə Uqanda müxalifətinin lideri Kizzı Besicenin tərəfdarları var.
Qeyd edək ki, Uqanda polisi təhlükəsizlik tədbirləri adı altında bu ilin fevralında K. Besiceni həbs edib.