Bank Of Baku

ÜST: Ebola virusundan ölənlərin sayı 7 minə yaxınlaşır

ÜST: Ebola virusundan ölənlərin sayı 7 minə yaxınlaşır
# 28 noyabr 2014 23:21 (UTC +04:00)

APA-nın xəbərinə görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) növbəti hesabatında deyilir.

 

Ebola virusundan ən çox zərər çəkən ölkə Liberiyadır. Orada 7 200 yoluxma və 4 200 ölüm halı qeydə alınıb. Sierra-Leonedə xəstəliyə 6 800 yoluxub, 1 400 nəfər ölüb,  Qvineyada 2 100 nəfər xəstələnib, 1300 nəfər həyatını itirib.

 

Qeyd edək ki, noyabrın 27-də Britaniyanın “GlaxoSmithKline” (GSK) əczaçılıq şirkətinin Belçika və İtaliyadakı laboratoriyalarında hazırlanan peyvənd ilk sınaq mərhələsindən keçib və təhlükəsiz olduğu təsdiq edilib. İyirmiyə yaxın könüllü üzərində aparılan peyvənd sınaqları sübut edib ki, preparatın yüksək dozası heç bir əlavə təsiri olmadan sağalma şansını kəskin şəkildə artırır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR