Qəbələdə Yohannesburq Simfonik Orkestrinin konserti olub - FOTO

Qəbələdə Yohannesburq Simfonik Orkestrinin konserti olub - <span style="color: red;">FOTO
# 01 avqust 2014 07:06 (UTC +04:00)

Qəbələ. Elvin Yaqubov - APA. Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən VI Qəbələ Beynəlxalq Musiqi Festivalı çərçivəsində iyulun 31-də festivalın proqramına uyğun olaraq Yohannesburq Simfonik Orkestrinin konserti olub. APA-nın yerli bürosunun xəbərinə görə, “Yulian Raxlin və onun dostları” Beynəlxalq festivalının təşkilatçısı, dünya şöhrətli musiqiçi, UNİCEF-in xoşməramlı səfiri, avstriyalı Yulian Raxlinin dirijorluğu ilə keçirilən konsertdə Yohannesburq Simfonik Orkestri Rusiya və Avropa bəstəkarlarının əsərlərini səsləndirib. Tanınmış rusiyalı pianoçu, BMT yanında Beynəlxalq İncəsənət Akademiyasının fəxri akademiki, ABŞ-dakı Culian Musiqi Akademiyasının professoru Oksana Yablonskaya orkestrin müşayiəti ilə Raxmaninovun, Mendelsonun, Mosartın və digər dünya şöhrətli bəstəkarların əsərlərindən parçalar ifa edib.

Konsert böyük maraqla qarşılanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR