Bank Of Baku

Zambiyada iki sərnişin avtobusu toqquşub, 17 nəfər ölüb

Zambiyada iki sərnişin avtobusu toqquşub, 17 nəfər ölüb
# 21 oktyabr 2016 19:22 (UTC +04:00)

Bakı-APA. Zambiyada ağır yol qəzası baş verib.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, insident ölkənin şərq bölgəsində yerləşən Monqu şəhərində qeydə alınıb.

 

Məlumata görə, iki sərnişin avtobusunun toqquşması nəticəsində 17 nəfər ölüb, 5 nəfər isə ağır yaralanıb. İlkin ehtimallara görə, avtobuslarda biri digərinin yoluna çıxıb və nəticədə qəza baş verib.

 

Hadisənin səbəbləri müəyyənləşdirilir. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR