Bank Of Baku

Zimbabve parlamentində Muqabenin impiçment proseduruna başlanılacaq

Zimbabve parlamentində Muqabenin impiçment proseduruna başlanılacaq
# 20 noyabr 2017 17:13 (UTC +04:00)

Noyabrın 21-də Zimbabve parlamentində prezident Robert Muqabenin impiçment proseduruna başlanılacaq

 

APA-nın xəbərinə görə, bu barədə “Sky News” telekanalına hakim Afrika Milli İttifaqı - Vətənpərvər Cəbhə Partiyasının nümayəndəsi Pol Manqvana bildirib.

 

Onun sözlərinə görə, impiçment proseduru iki gün çəkəcək. “Noyabrın 21-də parlamentdə impiçment üzrə komitə, ertəsi gün isə səsvermə baş tutacaq”, deyə P.Manqvana qeyd edib.

 

Noyabrın 19-da, Zimbabvenin hakim partiyası xüsusi iclas keçirərək ölkənin 93 yaşlı prezidentini sədr postundan kənarlaşdıraraq noyabrın 20-dək istefa verməyə çağırıb. Bundan sonra televiziya vasitəsi ilə xalqa müraciət edən R.Muqabe yaxın həftələr ərzində istefaya getməyəcəyini bəyan edib. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR