Kolumbiya ordusu FARC qruplaşmasının 14 üzvünü məhv edib

Kolumbiya ordusu FARC qruplaşmasının 14 üzvünü məhv edib
# 21 yanvar 2014 04:23 (UTC +04:00)

APA-nın BBC-yə istinadən verdiyi məlumata görə, qruplaşma üzvləri Venesuela ilə sərhəddə yerləşən neft-kimya müəssisələrində sabotaj aktları keçiriblər.

Bir ildən çoxdur ki, Kolumbiya hökuməti Kubada FARC ilə danışıqlar aparır. Müvəqqəti barışıq və sülh haqqında çağırışların səsləndirilməsinə baxmayaraq silahlı qarşıdurma davam edir.

Boqotada hesab edirlər ki, atəşkəs üsyançılara yeni üsullarla silahlanmaq imkanı yaradacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR