İranda 7 nəfər edam edilib

İranda 7 nəfər edam edilib
# 12 dekabr 2013 09:29 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. İranın Əlborz vilayətində 7 nəfər edam edilib. APA-nın məlumatına görə, məhbuslar qətl, silahlı soyğun və narkotik maddələrin qaçaqmalçılığı ittihamları ilə dara çəkiliblər.

Bir neçə gün əvvəl Kərəc şəhərinin Qızılhasar və Rəcayişəhr həbsxanalarından 9 nəfər barələrində məhkəmənin çıxardığı edam cəzalarının icrası üçün Rəcayişəhr həbsxanasının təkadamlıq kameralarına köçürülüblər. Onlardan 7-si dekabrın 11-də səhər saatlarında Kərəc şəhərinin Rəcayişəhr həbsxanasında asılıb. Qətldə günahlandırılan digər iki nəfərə isə öz işlərindən şikayət vermək imkanı tanınıb və onlar yenidən öz kameralarına geri qaytarılıblar. Məhbusların ad və soyadları açıqlanmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR