Paşha Bank
Bank Of Baku

Nyu-Yorkda yaşayış binasının uçması nəticəsində ölənlərin sayı 8-ə çatıb - YENİLƏNİB

Nyu-Yorkda yaşayış binasının uçması nəticəsində ölənlərin sayı 8-ə çatıb - YENİLƏNİB
# 12 noyabr 2026 22:31 (UTC +04:00)

Nyu-Yorkun Bruklin rayonunda üçmərtəbəli yaşayış binasının uçması nəticəsində ölənlərin sayı 8 nəfərə çatıb.

APA xəbər verir ki, bu barədə şəhərin meri Zöhran Mamdani məlumat verib.

Hadisə zamanı 18 nəfər də müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Ölənlər arasında iki uşaq da var. Yaralananlardan dördü yanğınsöndürəndir.

Qeyd edək ki, hadisə noyabrın 11-də, binanın yaxınlığındakı tikinti sahəsində qazıntı işləri aparılarkən baş verib. Binanın uçmasının səbəbləri araşdırılır.

***

07:10

ABŞ-ın Nyu-York şəhərinin Bruklin rayonunda üçmərtəbəli binanın uçması nəticəsində azı 2 nəfər ölüb, 17 nəfər isə xəsarət alıb.

APA xəbər verir ki, bu barədə şəhərin yanğınsöndürmə xidmətinin komissarı Lillian Bonsinyore mətbuat konfransı zamanı bildirib.

Onun sözlərinə görə, xəsarət alanlardan dördünün vəziyyəti ağırdır. Dağıntılar altında insanların qala biləcəyi ehtimal olunur, axtarış-xilasetmə əməliyyatı davam edir.

Hadisənin səbəbi hələlik məlum deyil.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR