Bank Of Baku

“Uoll-striti zəbt et” hərəkatının iştirakçıları Vaşinqtonda həbs olunub

“Uoll-striti zəbt et” hərəkatının iştirakçıları Vaşinqtonda həbs olunub
# 20 dekabr 2011 17:45 (UTC +04:00)
Bakı-APA. “Uoll-striti zəbt et” hərəkatının iştirakçıları Vaşinqtonda keçirdikləri aksiya zamanı həbs olunub.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, polis bildirib Ağ Evin qarşısında etiraz aksiyası keçirməyə cəhd edən qrupun 11 nəfəri saxlanılıb. Onlar hərbi xərclər haqqında yeni qanunun qəbul olunmasına etirazını bildirmək niyyətində olublar. Bu qanun terrorçuluqda şübhəli bilinən şəxsləri qeyri müəyyən müddətə həbs etməyə imkan verir.

Xatırladaq ki, “Uoll-striti zəbt et” hərəkatı Nyu-Yorkda iqtisadi və sosial ədalətsizliyə qarşı başlanılıb. Ümumilikdə ölkə üzrə keçirilən aksiyalarda bir neçə yüz nəfər həbs edilib. Aksiyalar Los-Anceles, Vaşinqton, Filadelfiya, Çikaqo, Sietl və başqa şəhərlərdə keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR