Bank Of Baku

ABŞ Iranın ofşor şirkətlərinə qarşı yeni sanksiyalar tətbiq edib

ABŞ Iranın ofşor şirkətlərinə qarşı yeni sanksiyalar tətbiq edib
# 20 dekabr 2011 23:15 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. ABŞ Maliyyə Nazirliyi İrana qarşı əlavə sanksiyalar tətbiq edib. APA-nın məlumatına görə, bu dəfə İranın nüvə proqramını dəstəkləməkdə şübhəli bilinən 10 gəmiçilik şirkəti və Maltada yaşayan, İranla birbaşa bağlılığı olan bir iş adamı ABŞ-n sanksiyasına məruz qalıb. Cəmşid Xəlili adlı bu şəxs İran və Hindistan gəmiçilik şirkətinin rəhbəridir. Sanksiyaya məruz qalan 10 şirkətin hamısı Maltada fəaliyyət göstərir. ABŞ-ın maliyyə nazirinin müavini Devid Kohen bildirib ki, bu şirkətlər sanksiyalardan yayınmaq üçün fırıldaqçılığa və qanunsuzluğa əl atırlar: “Lakin biz onların qanunsuz fəaliyyətlərinin və ticarətlərinin qarşını almağa çalışağacıq. ABŞ bir müddət əvvəl də İranın bir çox gəmiçilik şirkətlərinə və onların rəhbərlərinə sanksiyalar tətbiq edib. Sanksiyalar İranın nüvə proqramının qarşsını almaq məqsədi daşıyır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR